Ali Rada Zelenskinin impiçment layihəsindən imtina etdi
Ali Rada Zelenskinin impiçment layihəsindən imtina etdi
4 İyun 2019 16:31 DünyaUkrayna Ali Radası Vladimir Zelenski tərəfindən təqdim edilən dövlət başçısının impiçmenti haqqında qanun layihəsinin müzakirəsindən imtina edib.
Axar.az xəbər verir ki, sənədin parlamentin hazırkı sessiyasının gündəliyinə daxil edilməsi üçün lazım olan 226 səs toplanmayıb. Layihənin lehinə yalnız 110 millət vəkili səs verib.
Qeyd edək ki, Ukraynada prezidentin impiçmenti üçün onun hər hansı cinayət törətməsi və ya dövlətə xəyanəti sübuta yetirilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31