"Bir çox ölkələr İranla ticarət etməyə hazırdır" - Zərif
"Bir çox ölkələr İranla ticarət etməyə hazırdır" - Zərif
8 May 2019 11:51 Dünyaİran və Avropa İttifaqı, ABŞ sanksiyalarına heç bir məhəl qoymayaraq, neft satışına dair müqavilə imzalamağa hazır olduqlarını bildiriblər.
Olaylar.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məlumat verib.
Nazir qeyd edib ki, hazırda İran öz neftini satmağa qadirdir və iqtisadiyyatını qoruya bilər: "İran amerikan sanksiyalarının öhdəsindən gələ bilər. Bir çox ölkələr İranla ticarət etməyə hazır olduqlarını bəyan ediblər".
Zərif, İran və Avropa İttifaqı, İran neftini satmağa və ondan gəlir əldə etməyə imkan verəcək bir razılaşma ərəfəsində olduğunu əlavə edib.
Xatırladaq ki, ABŞ ötən il birtərəfli olaraq İranla nüvə razılaşmasından çıxaraq, yenidən Tehrana qarşı sanksiyalar tətbiq etmişdir.