Fransa İranın nüvə sazişində qalmasını istəyir
8 May 2019 11:27 DünyaFransa İranın nüvə sazişində qalmasını istəyir. "RİA Novosti"nin verdiyi məlumata bu barədə Fransanın xarici işlər naziri Florans Parli bildirib. Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bu gündən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracağına dair bəyanat ünvanlayıb. Bəyanatda deyilir ki, İran hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəlikli olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31