Tacikistanda turistlərdən vergi tutulacaq

Tacikistanda turistlərdən vergi tutulacaq

Tacikistanda  ölkə parlamentinin aşağı palatası hökumətin təklifi əsasında "Digər büdcə ödəmələri öhdəlikləri haqqında" Qanuna düzəlişi qəbul edib. 

Olaylar.az bildirir ki, Maliyyə naziri Fayziddin Qəhharzadə layihəni təqdim edərkən düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilərin dövlət rüsümu ödəməli olacağını deyib. Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər.

Nazirin sözlərinə görə, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar bu vergini ödəməkdən azaddırlar. 

Həm əcnəbilər, həm də ölkə vətəndaşları üçün rüsumun məbləği hökumət tərəfindən müəyyənləşdiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31