Da Vinçi niyə “Mona Liza” əsərini bitirə bilməyib? — ALİMLƏRDƏN YENİ KƏŞF

Da Vinçi niyə “Mona Liza” əsərini bitirə bilməyib? — ALİMLƏRDƏN YENİ KƏŞF

Məşhur rəssam Leonardo da Vinçi "Mona Liza" əsərini tamamlamayıb.

"Ölkə.Az" xəbər verir ki, italyan alimləri neyroloq Karlo Rossi və plastik cərrah Davide Ladzeri bu barədə yeni fikir səsləndiriblər. Onlar qeyd ediblər ki, qol sinirinin zədələnməsi nəticəsində rəssamın əlində problem yaranıb və əsəri tamamlaya bilməyib.

Bu teoriya isə da Vinçinin bir rəsmi əsasında irəli sürülüb. Tarixçilər bildirirlər ki, vegeterian pəhriz və süd məhsullarından ifrat dərəcədə istifadə edən rəssam insult keçirib və əli  fəalliyyətini itirib. Bundan əlavə, ehtimal edilir ki, da Vinçi Dyupyuitren kontrakturundan əziyyət çəkir və bu xəstəliyə əsasən barmaqları tam bükmək olmur.

Amma yeni tədqiqat nəticəsində Covanni Ambroco Fiqino tərəfindən Leonardonun yaşlı halda çəkilən rəsmində onun əli paltarla örtülüdür və əyilmiş formadadır. Bu isə zədənin olduğunu sübut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31