Dəhşətli terroru törədənlərin bazası ortaya çıxdı
Dəhşətli terroru törədənlərin bazası ortaya çıxdı
7 May 2019 14:10 DünyaŞri Lanka polisi ölkənin mərkəzində "Camaat ət-Tauhid əl-Vətəniyyə" terror qruplaşmasının təlim bazasını aşkara çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə "Adaderana" portalı məlumat yayıb.
Məlumata görə, baza Nuvara-Eliya şəhərində ikimərtəbəli binada yerləşib. Həmin bazada 38 nəfər, o cümlədən paytaxt Kolomboda partlayışlar törədən şəxslər təlim keçib.
Binanın sahibi polis tərəfindən saxlanılıb. Hadisə yerində əməliyyat qrupu işləyir.
Qeyd edək ki, aprelin 21-i Pasxa bayramında Şri Lankada silsilə terror aktları törədildi. Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verən partlayışlar nəticəsində 250 nəfər həlak olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31