İstanbulda seçki niyə ləğv olundu? - Ərdoğan açıqladı

İstanbulda seçki niyə ləğv olundu? - Ərdoğan açıqladı

Türkiyə daha bir önəmli seçkini geridə qoydu. 31 mart bələdiyyə seçkilərinin nəticələrinin bir daha ölkəmiz və şəhərlərimiz üçün xeyirli olmasını diləyirəm. Rəsmi seçki kampaniyası müddətində 59 mahal, həmçinin 4 ilçədə mitinq təşkil etdik. İstanbulun 28 və Ankaranın 11 ilçəsində hər biri digərindən daha təntənəli mitinqlər keçirdik. Əməyimizin qarşılığını da aldıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Seçki nəticələrini ötən həftə Qızılcahamamda ətraflı müzakirə etdik. AKP bu seçkilərdə 15 böyük şəhər, 24 mahal, 516 ilçə və 203 rayon bələdiyəsi idarəetmə haqqı əldə etdi.

Millətimiz bizə 1389 bələdiyyənin 758-nin məsuliyyətini həvalə etmişdir. Böyük şəhər, mahal, ilçə və rayonlarda itirdiyimiz bələdiyyələrin hər biri ilə bağlı tək-tək işlər görürük. Bu uğursuzluğa yol açan səbəbləri tək-tək müəyyən edəcək və nə lazımdırsa, edəcəyik. Bu işləri tələsdirmək olmaz. Diaqnozu nə qədər sağlam qoysaq, həllini də o dərəcədə güclü həyata keçirə bilərik.

Bu seçkilərin ən mübahisəli mövzusu İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı seçkiləri oldu. Bu seçkini 25-28 min fərqlə AKP-nin uduzduğu elan edildi. Biz milli iradəyə olan bağlılığımız səbəbilə bu vəziyyəti hörmətlə qarşılamağ hazır idik. Növbəti günlərdə dostlarımızın hazırladığı sandıq nəticələri protokolları, ilçə protokolları ilə, etibarsız səslərlə bağlı etirazlar qətiləşdikcə qarşımıza tamamilə fərqli bir mənzərə çıxdı.

Gördük ki, AKP-nin 15 min seçicisinin iradəsi açıq-aşkar qəsb edilib. Bu xətaların bir hissəsi səhvən edilsə də, böyük bir hissəsinin bilərəkdən olduğu bəllidir. Xətalar, səhvlər digər partiyalarla müqayisədə eyni həcmdə olmayıb, sadəcə AKP-nin səslərində müəyyən fərqlilik meydana çıxıb", - Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31