Los-Ancelesdə ABŞ-ın sabiq Prezidenti Barak Obamanın adını daşıyan küçə olacaq

Los-Ancelesdə ABŞ-ın sabiq Prezidenti Barak Obamanın adını daşıyan küçə olacaq

Kaliforniya ştatının Los-Anceles şəhərində Amerika Birləşmiş Ştatlarının ilk qaradərili Prezidenti Barak Obamanın şərəfinə "Rodeo Road" küçəsinin adı "Obama Boulevard" olaraq dəyişdirilib.

Şəhər administrasiyasının məlumatına görə, 6,5 kilometr uzunluqda olan bu küçənin seçilməsi təsadüf deyil. 2007-ci il fevralın 20-də Obama özünün seçiciləri ilə ilk görüşünü məhz burada yerləşən "Rancho Cienega Park"da keçirib. Küçə, həmçinin afroamerikalıların yığcam yaşadıqları rayondan da keçir. Küçənin adı dəyişdirildikdən sonra şəhər şurasının prezidenti Gerb Vesson özünün "Twitter" səhifəsində qeyd edib ki, bu küçədən keçən və ilk qaradərili prezidentin adını görən hər bir uşaq həyatda mümkün olmayan heç bir şeyin olmadığını anlayacaq. Los-Anceles meri Erik Qarsetti də, öz növbəsində, "Twitter" hesabında bu sözləri yazıb: "Biz şadıq ki, şəhərin yerli sakinləri və qonaqları Los-Ancelesdə gəzərkən Prezident Barak Obamanın irsini daim xatırlayacaqlar".

azertac

Binanın başında selfi çəkmək istəyən qız yıxılıb, zibilliyə düşdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31