Havay adalarında möcüzə — Vulkana düşən şəxs sağ qaldı (VİDEO)

Havay adalarında möcüzə — Vulkana düşən şəxs sağ qaldı (VİDEO)

Havay adalarında qeyri-adi hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, Kilauea vulkanına tamaşa edən şəxs dəmir məhəccəri keçərək daha yaxından baxmaq qərarına gəlib. 32 yaşlı hərbçi vulkana yaxından baxmaq istəsə də, tarazlığını saxlaya bilməyib və aşağı yuvarlanıb. Bu nöqtədə hündürlük 90 metrdən çoxdur. Onu ölüm gözləsə də, möcüzə baş verib. Jurnalistlər də bunu əsl möcüzə adlandırıblar.

Amerikalı hərbçi 20 metr yuvarlandıqdan sonra qalanın 60 sm eni olan hissəsinə çırpılıb və orada qalıb. Xilasedicilər kəndir və helikopterin köməyi ilə onu xilas ediblər. 32 yaşlı hərbçi ciddi xəsarət alsa da, sağ qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31