Zelenskini çətin yol gözləyir - Savçenko
Zelenskini çətin yol gözləyir - Savçenko
7 May 2019 10:04 DünyaYeni prezident Vladimir Zelenski mütləq şəkildə ölkəni xarici təsirlərdən qorumalıdır.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı deputat Nadejda Savçenko deyib.
O bildirib ki, sabiq prezidentlərdən heç biri bunu bacarmayıb:
"Düşünürəm ki, Zelenskini çətin yol gözləyir. Mənim ondan bir neçə tələbim var. Əvvala, ölkəni Qərb və Şərq təsirlərdən qorumaq gərəkdir. Bunun üçün də xarici təsirlərdən uzaqlaşmaq lazımdır. Lakin bununla da müttəfiqləri itirmək olmaz. Belə olan halda da müdriklik və peşəkar məsləhətçilər gərəklidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31