"Bu Ramazanın Türkiyəyə xeyir gətirməsini diləyirəm. Ölkəmizdə iqtisadi problemlər, issizlik var. Birlikdə öhdəsindən gələcəyik. Mənimlə bağlı qərarı hamı gözləyir. YSK-nın rəsmi açıqlamasını gözləyirəm".
Turkustan.info xəbər verir ki, bu fikirləri İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu bildirib.
Əkrəm İmamoğlu bildirib ki, rəsmi açıqlamadan sonra fikirlərini bildirəcək: "Hər şey daha yaxşı olacaq. Ümidinizi itirməyin. Kimsə səhv edib, pis işlərə qarışacaq, amma biz ümidimizi itirməyəcəyik".