Dünyanın gözü Ankarada! Ərdoğanla Stoltenberqin görüşü başladı
Dünyanın gözü Ankarada! Ərdoğanla Stoltenberqin görüşü başladı
6 May 2019 18:13 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında Ankarada ikitərəfli görüş başlayıb.
Görüşdə əsas müzakirə mövzusunun Rusiyadan S-400 zenit raket komplekslərinin alınması olduğu bildirilib.
Görüşdə eləcə də regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunur.
Qeyd edək ki, daha öncə Rusiyanın S-400 zenit raket komplekslərini Türkiyəyə iki partiyada çatdıracağı bildirilmişdi. İlk partiyanın iyun, növbəti partiyanın isə iyulda baş tutacağı qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31