Zelenski rus pasportlarına belə cavab hazırlayır - Kalaşnikov
Zelenski rus pasportlarına belə cavab hazırlayır - Kalaşnikov
6 May 2019 17:42 DünyaUkraynada keçirilən seçkilərdə qalib gələn Zelenski hesab edir ki, cavab addımları "kreativ, çevik və ağıllı" olmalıdır. O, artıq Kiyevin bir sıra cavab tədbirləri hazırladığını bildirib. Zelenskinin artist peşəsində olduğu kimi kreativ görünmək istədiyini nəzərə alsaq, biz elə təxminən bu ruhda bir cavab gözləməliyik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının üzvü Leonid Kalaşnikov deyib.
Kalaşnikovun sözlərinə görə, Zelenskinin Donbasda təqaüdləri qaldıracağını, insanların azad seçki hüququnu tanımağı qəbul edəcəyini gözləmək lazım deyil.
"Təbii ki, bu kreativ olardı, ancaq o, çətin ki, belə bir addım atsın", - Kalaşnikov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31