Saakaşvili: İvanişvilidən xilas olmalıyıq
Saakaşvili: İvanişvilidən xilas olmalıyıq
6 May 2019 17:40 DünyaMənim Gürcüstanla bağlı planlarım böyükdür.
Axar.az xəbər verir ki, bunu Belarusun "Belsat" portalına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, Gürcüstanın Bidzina İvanişvilinin əlindən xilas edilməsi gərəkdiyini vurğulayıb:
"Biz yenidən Gürcüstanı sürətli inkişaf relsinə qoyacağıq. Mən hesab edirəm ki, Ukrayna bizim regionun böyük gücü, Gürcüstan isə ən uğurlu ölkəsi olacaq".
O, Rusiyanın postsovet məkanında yeni avantüralar hazırladığını deyib:
"Moskva Ukraynaya genişmiqyaslı hücum hazırlayır. O, Belarusu Rusiyaya birləşdirməyi, Mərkəzi Asiya və Qafqazda avantüralar reallaşdırmağı planlaşdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31