İngilis gəmisi Qara dənizdə
İngilis gəmisi Qara dənizdə
6 May 2019 16:48 DünyaÖtən gün İstanbul boğazından keçərək Qara dənizə daxil olan ingilis Ekho hərbi gəmisi bu səhər Ukraynanın Odessa limanına daxil olub. Gəminin Odessada üç gün qalacağı bildirilir. Bu günlər ərzində ingilis dənizçilər ukraynalı həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar. Gəminin Rumıniya və Bolqarıstan limanlarına da səfər edə biləcəyi güman edilir. İngilis donanma rəhbəri səfəri bölgənin təhlükəsizliyi için vacib olaraq bəyan edib.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31