Ultrasağçılar Fransada güclənir: Makron liderliyi itirdi
Ultrasağçılar Fransada güclənir: Makron liderliyi itirdi
6 May 2019 15:48 DünyaFransanın Milli Birlik Partiyası ölkənin ən populyar partiyası olub.
Axar.az xəbər verir ki, bu nəticə "İpsos" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belə ki, partiyanı dəstəkləyənlərin sayı əhalinin 22%-ni təşkil edib. Bununla Milli Birlik Partiyası Prezident Emmanuel Makronun rəhbərlik etdiyi İrəli Respublika Partiyasını ilk dəfə olaraq üstələməyi bacarıb.
Makronun partiyasının tərəfdarlarının sayının əhalinin 21,5%-ni təşkil etdiyi vurğulanıb.
Qeyd edək ki, Milli Birlik Partiyası ultrasağçı siyasi qüvvədir. Bu partiyaya Marin Le Pen rəhbərlik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31