Rusiyada növbəti təyyarə qəzası

Krasnoyarsk - Norilsk reysi ilə hərəkətdə olan sərnişin təyyarəsi hava limanında eniş edərkən yoldan çıxıb. 

Azadinform xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, təxminən 100 sərnişinin olduğu, "Nordstar" havayolu şirkətinə aid "Boeing 737" tipli təyyarədə hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. 

Xatırladaq ki, ötən gün Moskvanın "Şeremetevo" hava limanında sərnişin təyyarəsi eniş edərkən yanmağa başlayıb. Hadisə nəticəsində 41 nəfər həyatını itirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31