Qiyama qatılan deputatların toxunulmazlığı ləğv ediləcək

Qiyama qatılan deputatların toxunulmazlığı ləğv ediləcək

Venesuelada hərbi qiyama dəstək verən bir qrup millət vəkillərinin toxunulmazlığı əllərindən alınacaq. 

Azadinform xəbər verir ki, məsələ ilə bağlı danışan ölkənin Milli Məslisinin spikeri Diosdado Kabello hərbi qiyamda iştirak edən deputatlarla bağlı araşdırmanın aparıldığını qeyd edib. O bildirib ki, Baş Prokurorluğun bu deputatların mandatlarının ləğv edilməsi üçün etdiyi müraciətlər Milli Məclisə çatıb: "Milli Məclisdə məsələ ilə bağlı səsvermə keçiriləcək və bizdə lehinə səs verəcəyik".

Xatırladaq ki, Venesuelada 30 aprel-1 may tarixlərində hərbi çevrilişə cəhd edilib və nəticəsiz olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31