"Şeremetyevo"da təyyarə qəzasının ilkin səbəbləri açıqlanıb

"Şeremetyevo"da təyyarə qəzasının ilkin səbəbləri açıqlanıb

Moskvada "Sukhoi SuperJet 100" təyyarəsinin qəzasının ilkin səbəbləri açıqlanıb.

Olaylar.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya İstintaq Komitəsi səbəblər arasında pilotların, dispetçerlərin, texniki heyətin naşılığı, texniki nasazlıqlar və əlverişsiz hava şəraiti olduğunu bildirib. 

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31