Rusiyada daha bir FACİƏ: zavod partladı, ölənlər var
Rusiyada daha bir FACİƏ: zavod partladı, ölənlər var
6 May 2019 13:06 DünyaRusiyanın Perm diyarının Berezniki şəhərində "Uralxim" açıq səhmdar cəmiyyətinin zavodunda partlayış baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış zavodun ammonyak istehsalı sexində təmin işləri zamanı baş verib. İnsident nəticəsində 3 nəfər həlak olub.
Qəzaya baxmayaraq, zavod fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bundan öncə Moskva-Murmansk reysi ilə uçan təyyarədə yanğın baş verib. Təyyarə Şeremetyevo hava limanına qəza enişi edib. Yanğın nəticəsində 41 nəfər dünyasını dəyişib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31