İran neftini “qara bazar”da satacaq

Tehran neft ixracı ilə bağlı ABŞ sanksiyalarından yayınmaq üçün, xammalın qara bazarından istifadə edəcək. 

Tehran neft ixracı ilə bağlı ABŞ sanksiyalarından yayınmaq üçün, xammalın qara bazarından istifadə edəcək. 

Olaylar.az bildirir ki, bu məlumat beynəlxalq və ticarət məsələləri üzrə nazir müavinini Amir Hüseyn Zamaniniya tərəfindən verilib.

Şöbə müdirinin müavini qeyd edib ki, İranın qara bazardan istifadə etməsi ticarət fırıldaqçılığı deyil, İslam Respublikasının ədalətsiz hesab etdiyi sanksiyalara verdiyi cavabdır.

Neft nazirinin müavini bildirib ki, hökümət maliyyə və iqtisadi tənzimləmə məsələlərində ciddi qərarlar qəbul etmək üçün çalışır.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran tərəfindən nüvə proqramının davam etdirilməsinə görə, neft ixracatının tamamilə dayandırılması məhdudiyyəti tətbiq edilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31