"Şeremetyevo"da yanan təyyarənin qara qutusu tapıldı

"Şeremetyevo"da yanan təyyarənin qara qutusu tapıldı

Ötən gün axşam saatlarında Şeremetyevo hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin iki qara qutusu tapılıb.

Olaylar.az xəbər verir, bu barədə TASS məlumat yayıb. 

Murmansk vilayətinin qubernatoru Andrey Çibis, təyyarə qəzasının qurbanlarının ailələrinə maddi yardım göstəriləcəyini və Murmansk sakinlərinin ailələrinə 1 milyon rubl ödəniləcəyini bildirib.

Xatırladaq ki,  "Aeroflot" aviaşirkətinə məxsus təyyarə Şeremetyevo hava limanında eniş edərkən qəzaya uğrayıb. Nəticədə yanğın baş verib. Fövqəladə hadisə nəticəsində 41 insan həlak olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31