Toy mərasimində saxta alkoqollu içkidən 45 nəfər zəhərləndi

İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 45 nəfər zəhərlənib.Hadisə nəticəsində, 1 nəfər ölüb.Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami bildirib ki, mayın 2-də Poldəştin Araz şəhərciyində keçirilən toy mərasimində saxta spirtli içkidən zəhərlənənlərin sayı 45 nəfərə çatıb: "Zəhərlənənlərdən 33-ü ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 11 nəfər hazırda Maku xəstəxanasının reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır, 1-i isə həyatını itirib".Bağır Bəhrami həmçinin bildirib ki, zəhərlənmədən sonra xəstəxanaya müraciət edənlərdə görmə qabiliyyətinin zəifləməsi, baş ağrısı və başgicələnmə əlamətləri müşahidə olunub. O, zəhərlənənlərin əksəriyyətinin 25-30 yaş arası gənclər olduğunu vurğulayıb.Qeyd edək ki, son aylarda İranın daha bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənib, bir neçə nəfər isə həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.Xatırladaq ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31