Kim Çenin qardaşının qətlində şübhəli şəxs azad edildi

Kim Çenin qardaşının qətlində şübhəli şəxs azad edildi

Şimali Koreya lideri Kim Çen İnin ögey qardaşı Kim Çen Namın 2017-ci ildə Malaziyada sui-qəsd nəticəsində öldürülməsində şübhəli bilinən vyetnamlı Doan Thi Huonq azadlığa buraxılıb.

Bu barədə Huonqun vəkili Hisyam Teh Poh Teik danışıb.

Vəkilin sözlərinə görə, Huonq Kuala-Lumpur hava limanından Vyetnama yola salınacaq.

Qeyd edək ki, cinayət işində ittiham olunan digər bir şəxs - İndoneziya vətəndaşı Siti Ayşə isə martın 11-də azadlığa buraxılmışdı.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31