Tokayevin namizədliyi təsdiqləndi
Tokayevin namizədliyi təsdiqləndi
3 May 2019 12:28 DünyaQazaxıstanın Mərkəzi Seçki Komissiyası Qasım-Jomart Tokayevi ölkədə keçiriləcək prezident seçkilərində ilk namizəd kimi qeydə alıb.
Bu barədə Qazaxıstan MSK-nın mətbuat katibi Sabila Mustafin danışıb.
Onun sözlərinə görə, Tokayevin sənədlərinin MSK tələblərinə uyğunluğu yoxlandıqdan sonra namizədliyi rəsmi şəkildə qeydə alınıb.
Xatırladaq ki, Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31