Kiprdə nazir silsilə qətllərə görə istefa verdi

Kiprin ədliyyə və ictimai asayiş naziri İonas Nikolau ölkədə baş vermiş silsilə qətllərlə əlaqədar istefa verib.

Ölkə prezidenti nazirin istefasını qəbul edib

Kiprin ədliyyə və ictimai asayiş naziri İonas Nikolau ölkədə baş vermiş silsilə qətllərlə əlaqədar istefa verib.

Ölkə prezidenti nazirin istefasını qəbul edib.

Qeyd olunur ki, istefaya səbəb polis orqanlarının cinayətlərin araşdırılmasında səhlənkarlığı olub.

Bir müddət əvvəl Kiprdə 5 qadın və 2 uşağın qətlində ittiham edilən hərbçi həbs olunub. Qurbanların yaxınları bildirib ki, uzun müddət polislər həmin şəxslərin itməsi ilə bağlı heç bir tədbir görməyib.(trend.az)

Zelenski bunu etməsə, yalançı olacaq - Rus senator

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31