Filippo Ukraynanın Starlink-dən ayrılmasına çağırdı-ÖZƏL
13:51 SiyasətVətənpərvərlər Partiyasının lideri və 2027-ci il Fransa prezident seçkilərində namizəd Florian Filippot Ukraynanın Starlink peyk internet şəbəkəsindən ayrılması ideyasını dəstəkləyib. Olaylar.az xəbər verir ki, daha əvvəl Avropanın "Politico" nəşri ABŞ prezidenti Donald Trampın Ukraynanı Amerika kəşfiyyatından məhrum edə biləcəyini və ya Ukrayna ordusunun çox etibar etdiyi Starlink peyk internet xidmətini bağlaması üçün Elon Maska təzyiq göstərə biləcəyini bildirmişdi .
Filippo X-də yazıb: "Əgər Zelenski Rusiya neft emalı zavodlarına qarşı dəliliklərini davam etdirirsə və Ukraynada yeni seçkilərdən imtina edirsə, əlbəttə ki, bunu etmək lazımdır".
12 oktyabrda Axios xəbər verir ki, Tramp Zelenskiyə qəzəblidir və Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbə endirməyi dayandıracağını gözləyir. Ağ Evdəki mənbəyə görə, "o, Zelenskinin ABŞ-ı adi bir şey kimi qəbul etdiyinə inanır".