Zelenski bunu etməsə, yalançı olacaq - Rus senator

Zelenski bunu etməsə, yalançı olacaq - Rus senator

Rusiyalı senator Aleksey Puşkov Ukrayna Prezidenti Vladimir Zelenskidən 2014-cü ildə Həmkarlar İttifaqı Evində baş vermiş yanğının səbəbkarlarını məhkəməyə verməyi tələb edib.

Puşkov Zelenskinin bunu etməyəcəyi halda yalançı olacağını bildirib.

"Odessada baş verənlərin günahkarlarını məhkəməyə verməyəcəyi halda Zelenskinin şərəf, ləyaqət, Ukraynada hüquq və azadlıqlarla bağlı bütün bəyanatları ikiüzlülük və yalana çevriləcək", - Puşkov bildirib.

Qeyd edək ki, 2 may 2014-cü ildə baş verən yanğın zamanı Odessadakı Həmkarlar İttifaqı Evində 48 nəfər həlak olmuşdu.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31