Marketdə qətlə yetirilən kassirin görüntüləri - VİDEO
Marketdə qətlə yetirilən kassirin görüntüləri
2 May 2019 13:03 DünyaRusiyanın Tula şəhərində kassir qadının bıçaqlanması anını əks etdirən dəhşətli görüntülər yayılıb.
Qəfildən marketə daxil olan kişi kassir qadını yerə yıxaraq ona 20-yə yaxın bıçaq zərbəsi endirib. Nəticədə qadın hadisə yerindəcə dünyasını dəyişib.
Hadisənin dəhşətli görüntüləri isə mağazanın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Daha sonra məlum olub ki, qadınla onu qətlə yetirən kişi qonşu olub. Kişinin hər gün evdə yüksək səslə musiqi dinləməsi kassiri özündən çıxarıb və ondan polisə şikayət edib. Cərimə olunan şəxs qadını bıçaqlamağı planlaşdırıb.
aznews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31