Məşhur fotoqrafın etirafı — "İllər boyu Acuna yalvardım"
Gerede yenidən “Survivor”da iştirak etmək üçün illər boyu Acun İlıcalıya yalvardığını etiraf edib.
2 May 2019 11:17 DünyaBuket Aydının aparıcısı olduğu "40ın konuğu" verilişin qonağı fotoqraf Bennu Gerede olub.
"Ölkə.Az" xəbər verir ki, Bennu verilişdə şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Gerede yenidən "Survivor"da iştirak etmək üçün illər boyu Acun İlıcalıya yalvardığını etiraf edib.
"İllər boyu Acuna yalvardım ki, məni yenidən müsabiqəyə qəbul etsin. Amma heç kəs qapımı döymədi. Çox istəyirdim, çünki oradakı macəram başa çatmamışdı. Yenidən getmək istəyirdim. Oğlum da getmək istəyir. Hətta bütün ailəmiz də getsə əla olar. Orada əla günlər keçirdim. İnsan həqiqətən də bütün dünyadan qopur. Heç tanımadığın insanlarla 24 saat bir yerdə qalırsan", - deyə fotoqraf bildirib.