Qızını izləmək üçün qadın paltarı geyindi

Qızını izləmək üçün qadın paltarı geyindi

35 yaşlı kişi ifadə vermək üçün polis idarəsinə aparılıb

Türkiyənin Antalya şəhərində kişi qadın paltarı geyinərək ögey qızını izləyib və sonda da polis tərəfindən saxlanılıb.

AzNews.az  xəbər verir ki, hadisə Muratpaşa bölgəsində Fener məhəlləsinin Tekelioğlu küçəsində bir parkda qeydə alınıb.

Vətəndaşlar qadın geyimi ilə parkda oturan şübhəli bir kişini görüncə 112 təcili çağrı mərkəzinə bildiriblər.

Parka gələn polis əməkdaşları 35 yaşlı kişini saxlayıb. O, ifadə vermək üçün polis idarəsinə aparılıb.
Şübhəlinin parka velosipedlə gəldiyi və evə gec gələn ögey qızını izləmək üçün qadın paltarı geyindiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31