Dağıstanda nazir saxlanıldı

Dağıstanda nazir saxlanıldı

Xasbulatov respublikanı tərk etmək istəyərkən təyyarədən endirilib

Dağıstanın iqtisadiyyat və ərazi inkişaf naziri Osman Xasbulatov iki sutkalıq saxlanılıb.

Xasbulatov respublikanı tərk etmək istəyərkən təyyarədən endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nazirin evində və iş yerində axtarışlar aparırlar. Xasbulatovun Dağıstan Daxili İşlər Nazirliyinin qaldırdığı cinayət işi ilə bağlı saxlanıldığı bildirilir.

Respublikanın Ədliyyə Nazirliyi qurumun binasında və nazirin yaşadığı evdə axtarış aparıldığını təsdiqləyib və nazirliyin adi iş rejimində fəaliyyət göstərdiyi qeyd olunub.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31