Məktəbdə faciə: Silahla 14 yaşlı oğlanın başından vurdular - VİDEO
Məktəbdə faciə: Silahla 14 yaşlı oğlanın başından vurdular - VİDEO
30 Aprel 2019 14:26 DünyaMəktəbin akt zalında təşkil olunan tamaşanın məşqləri zamanı faciə baş verib.
Olay Rusiyanın paytaxtı Moskva şəhərindəki məktəblərin birində yaşanıb.
Belə ki, tamaşanın məşqi zamanı adam öldürmə səhnəsində bilmədən pnevmatik silahdan istifadə olunub. Açılan atəş nəticəsində silahdan çıxan plastik güllə 14 yaşlı Nikita adlı oğlanı başından yaralayıb.
O, təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, Nikitanın vəziyyəti ağırdır.
Məktəbin müdiri isə hadisəni təkzib edərək, oyuncaq silahdan istifadə olunduğunu söyləyib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31