Qorbaçov: ABŞ və Rusiya təhlükəli yoldadır
Qorbaçov: ABŞ və Rusiya təhlükəli yoldadır
30 Aprel 2019 10:02 DünyaRusiya və ABŞ strateji dialoq yaratmalıdır, çünki nüvə silahı sülhü qorumur, əksinə onu təhlükəyə atır.
Bu fikirləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.
Keçmiş prezident "Wall Street Journal" qəzetinə deyib ki, hər iki dövlət təhlükəli yoldadır: "Bu gün ABŞ və Rusiya təhlükəli yoldadır. Onlar dayanmalı və düşünməlidirlər. Soyuq müharibə veteranları artıq danışıb qurtarıblar. İndi bizim ölkələrin liderlərinin söz demək zamanıdır". (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31