Poroşenkonun tribunala verilməsi təklif edildi

Ukrayna Prezidenti Pyotr Poroşenko dərhal beynəlxalq tribunala verilməlidir.

Ukrayna Prezidenti Pyotr Poroşenko dərhal beynəlxalq tribunala verilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Berlin regional parlamentinin deputatı Qunnar Lindeman deyib.

Alman deputatın sözlərinə görə, Poroşenko qondarma Donetsk və Luqansk "xalq respublikaları"na qarşı törədilmiş hərbi cinayətlərə görə cəzalandırılmalıdır.

Lindeman həmçinin Donetsk və Luqansk "xalq respublikaları"nın ədliyyə orqanlarındakı sənədləri gördüyünü və orada Donbasa atılan mərmilərin 90 faizinin Ukrayna tərəfindən atıldığının qeyd olunduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31