Ermənistanda polis əməkdaşı rüşvət aldığı yerdə həbs olundu - VİDEO
Ermənistanda polis əməkdaşı rüşvət aldığı yerdə həbs olundu - VİDEO
29 Aprel 2019 18:19 DünyaErmənistan Polisinin Kotayk bölməsinin axtarış-əməliyyatçısı həbs edilib
Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin Mətbuat xidmətindən bildiriblər.
Adı açıqlanmayan polis əməkdaşı vətəndaşlardan davamlı olaraq şantaj və qısnama vasitəsilə rüşvət tələb edib və alıb. İnformasiya yoxlanılaraq, təsdiqlənib. Polis əməkdaşı 2017-ci ilin iyunundan 2019-cu il aprelin 26-dək 4 milyon 265 min 800 dram (8 min 864 dollar) məbləğində rüşvət alıb. Sonuncu dəfə o, rüşvət alarkən, tutulub.
Polis əməkdaşı rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində həbs qətiimkan tədbiri seçilib.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31