Rusiyalı MMA döyüşçüləri Türkiyədə dava saldı - VİDEO
Martial Arts Sport Festival" adlı beynəlxalq idman festivalında iştirak etmək üçün Türkiyənin Bələk şəhərinə səfər etmiş rusiyalı idmançılar hotellərin birində dava salıb.
29 Aprel 2019 18:12 Dünya"Martial Arts Sport Festival" adlı beynəlxalq idman festivalında iştirak etmək üçün Türkiyənin Bələk şəhərinə səfər etmiş rusiyalı idmançılar hotellərin birində dava salıb.
Tədbir iştirakçılarının qaldığı oteldə MMA döyüşçüsü Məhəmməd İsmayılov həmkarı Vladimir Mineyevə yaxınlaşıb və onu söhbət etmək üçün kənara çəkib.
Sonuncunun bu təklifi rədd etməsindən sonra döyüşçülər rinqdən kənarda yumruqlarını işə salıb. Qısa müddətə başa çatan dava ətrafda olanları təşvişə salıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31