Almaniyada vətəndaş müharibəsi təhlükəsi

Almaniyada vətəndaş müharibəsi təhlükəsi

Almaniyanın "Welt am Sonntag" qəzeti ölkənin Konstitusiyanı Qoruma Təşkilatının hazırladığı "Həddindən artıq sağçı terror meyilləri və potensiallar" mövzusunda hesabat yayımlayıb. 

Azadinform xəbər verir ki, hesabatda Almaniyada şiddət tərəfdarı sağçılardan gələcək təhlükənin artdığı bildirilib. İfrat sağçıların kiçik qruplar və ya fərdi olaraq ortaya çıxmağa başladığı qeyd olunub: "Çoxlu sayda ifrat sağçı bir neçə müddətdir ki fəaldır. Bunların bir qismi daha öncə məlum olmayan şəxslərdir. Bu şəxslərin böyük əksəriyyəti 30 yaşındakı kişilərdir. Onların aralarında polis və əsgərlər də var". 

Hesabatda vurğulanır ki, sağçılar informasiyalarını ilk növbədə internet üzərindən təmin edirlər: "Rəsmi orqanlar ifrat sağçıların vətəndaş müharibəsi ssenarisinə və ölkənin sabitliyinin pozulmasına hazırlaşdıqlarına dair məlumatlar əldə edib. Həmçinin, bombalı hücum törətməyə hazırlaşdıqları da qeyd edilib". 

Ərdoğan İraqa səfər edəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31