Haftardan şok addım: Ölkəsini xaricilərə bombalatdı

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tələbi ilə xarici dövlətlərin qırıcı təyyarələri Tripolidəki yaşayış mövqelərinə zərbələr endirib.

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tələbi ilə xarici dövlətlərin qırıcı təyyarələri Tripolidəki yaşayış mövqelərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Liviya Milli Həmrəylik Hökumətinin Xarici İşlər Nazirliyi açıqlama verib.

"Milli Həmrəylik Hökuməti müharibə cinayətkarı Xəlifə Haftarın tələbi ilə xarici dövlətlərin qırıcıları tərəfindən paytaxt Tripolinin əhalinin kompakt məskunlaşdığı Əbu Səlim bələdiyəsinə təşkil olunan, dinc sakinlərin ölümünə və yaralanmasına səbəb olan hava hücumunu ən sərt şəkildə qınayır", - açıqlamada deyilib.

Açıqlama həmçinin BMT Təhlükəsizlik Şurasına, nüfuzlu dövlətlərə və beynəlxalq ictimaiyyətə hücumların dayandırılması, dinc əhalinin qorunması və bu hücumda iştirak edən xarici dövlətlər haqqında dərhal araşdırma başladılaraq cəzalandırılmaları ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün çağırış edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31