Avropa İttifaqında qaçqınların sayı 40% azalıb

Avropa İttifaqı (Aİ) ölkələrində 2018-ci ildə rəsmi olaraq 333,4 min sığınacaq axtaran şəxs qeydə alınıb.

Avropa İttifaqı (Aİ) ölkələrində 2018-ci ildə rəsmi olaraq 333,4 min sığınacaq axtaran şəxs qeydə alınıb.

Olaylar.az bildirir ki, bu barədə Eurostat məlumat verib.

2018-ci ildə Aİ-da sığınacaq axtaran şəxslərin təxminən 30% -i Suriya vətəndaşlarıdır. İkinci yerdə Əfqanıstan (16%), üçüncü yerdə isə İraq (7%) ölkələrinin vətəndaşları durur.

2018-ci ildə Avropa ölkələri arasında ən çox qaçqın qəbul etmiş ölkələrə Almaniya (139,6 min), İtaliya (47,9 min) və Fransa (41,4 min) aid olunur.

163.8 min nəfər qaçqın statusunu (bütün müsbət qərarların 49% -i), 100.3 mindən çox insan əlavə müdafiə hüququnu (30%), 69.3 min nəfər isə humanitar səbəblərdən qalma icazəsini alıb (21%).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31