Türk klubunun mikroavtobusu aşdı - Ölən və yaralananlar var
Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor” klubunun mikroavtobusu ağır yol qəzası keçirib.
29 Aprel 2019 11:48 DünyaTürkiyə Super Liqasında çıxış edən "Alanyaspor" klubunun mikroavtobusu ağır yol qəzası keçirib.
Olaylar.az bildirir ki, "Kayserispor" ilə oyundan qayıdan zaman klubun üzvlərini daşıyan avtobus Antalya-Alanya yolunda aşıb.
Hadisə nəticəsində "Alanyaspor" un 28 yaşlı çexiyalı futbolçusu Cozef Sural həlak olub.
Klubun digər 7 üzvü Caulker, Dlajma, Baiano, Cisse, Uelinton və Sakey ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31