Danimarkada bir ilk – onlardan ordu qurulur
Danimarka Hava Qüvvələri yaxşı kompüter oyunu oynayanları pilot, uçuş şefi, radar operatoru kimi işə qəbul edəcək.
29 Aprel 2019 11:19 DünyaDanimarka Hava Qüvvələri yaxşı kompüter oyunu oynayanları pilot, uçuş şefi, radar operatoru kimi işə qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə açıqlama verən Hava Qüvvələrinin İnsan resursları departamentinin rəhbəri Andres Beç həmin şəxslərin təzyiq altında sakit qalmaq, tez qərar vermək və yaxşı bir komanda olmaq bacarıqlarının olduğunu deyib.
Bu bacarıqlar isə quracaqları orduda xidmət edəcək şəxslərdən tələb olunan əsas məqamlardır.
Təbii ki, bu orduda təmsil edilmək üçün kompüter oyunu oynayanlar bəzi testlərdən keçməli olacaq. Testdən keçənlər işə qəbul olunacaq. Çünki həmin şəxslərin bir çox fiziki bacarıqlarının da olması mütləqdir.