Lukaşenko Putindən küsdü, Çini təcili tərk etdi
Lukaşenko Putindən küsdü, Çini təcili tərk etdi
27 Aprel 2019 12:28 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Çindəki "Bir qurşaq, bir yol" konfransını tərk edib.
Axar.az xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsindəki "Rasstriqa" kanalında yayımlanıb.
Bildirilib ki, Lukaşenkonun Çini tərk etməsinə səbəb onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan gərginlik olub. Vəziyyət o həddə çatıb ki, Lukaşenko Çindəki heç bir rəsmi görüşünü gözləməyib.
"Rasstriqa" kanalı Putinlə Lukaşenko arasında münasibətlərin gərginləşməsinə səbəb kimi Rusiya Prezidentinin Belarus lideriylə görüşdən imtina etməsini göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31