Rusiya rəhbərinin iş qrafiki: “O, Putindir, yatmır, işləyir…”
27 Aprel 2019 12:07 DünyaRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin gərgin iş qrafiki haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Dmitri Peskov deyib: "O yatmır, o işləyir".
Jurnalistlərin bununla bağlı sualına cavab verən mətbuat katibi daha sonra "Axı, o, Putindir, o işləyir" deyə gülümsəyərək bildirib.
Dmitri Peskov Vladimir Putinin aprelin 25-də Çitadan Vladivostoka, oradan da Çinə ikigünlük səfərə gedərkən yolda yatmağa müvəffəq olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31