99 milyon dollar sərvəti olan biznesmen həbs olundu

Ukraynanın zəngin iş adamı Pavel Klimets Moskvada həbs olunub.

Ukraynanın zəngin iş adamı Pavel Klimets Moskvada həbs olunub.

"Qafqazinfo" xəbər verir ki, 99 milyon dollar sərvəti olan biznesmen külli miqdarda rüşvət verməkdə şübhəli bilinir.

Məlumata görə, 51 yaşlı Klimets aprelin 12-də həbsxanaya yerləşdirilib. İş adamının vəkili Moskva Şəhər Məhkəməsinin qərarına etiraz olaraq apellyasiyainstansiyasına müraciət etsə də, o, həbsdə qalıb.

Hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, Pavel Klimetsin Moskva səfəri 2014-cü ildə Ukraynadakı hərbi döyüşlər başlayandan sonra

Donbassda itirdiyi aktivlərinin taleyini müzakirə etmək cəhdi ilə bağlı olub. Onun kimə rüşvət verdiyi barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31