Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü — Çində dəhşətli qətl
Qadın onun sifarişini unudub evə əliboş gələn ərini mətbəx bıçağı ilə öldürüb.
27 Aprel 2019 10:46 DünyaÇinin Anhui vilayətində dəhşətli qətl hadisəsi baş verib.
Qadın onun sifarişini unudub evə əliboş gələn ərini mətbəx bıçağı ilə öldürüb.
Qadın ərinə zəng edərək axşam evə gələndə toyuq almaq lazım olduğunu bildirib. Kişi evə gələndə toyuq almağı unutduğu üzə çıxıb. Bu zaman ər və arvad arasında mübahisə başlayıb. Qadın mətbəxdən götürdüyü bıçaqla ərini bir neçə dəfə bıçaqlayıb.
Öldürülən şəxsin xalası oğlu bildirib ki, mərhum arvadı Lou tərəfindən dəfələrlə təhqir edilərək döyülüb.

Ölkə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31