Məşhur aktrisa intihar etdi
Kanadalı model və aktrisa Stefani Şerk intihar edib.
26 Aprel 2019 18:49 DünyaKanadalı model və aktrisa Stefani Şerk intihar edib.
Axşam.az xəbər verir ki, bu haqda onu əri Demian Bişir İnstaqramda yazıb.
"Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm" deyə, o yazıb.
37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. 8 gün klinikada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şerkin intihar etdiyi bildirilir. O, uzun müddətdir ki, depressiyadan əziyyət çəkirmiş.
Stefani Şerk "Körpü", "Telenovella" kimi məşhur seriallarda çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31