Kim Çen babasının Rusiyada açdığı restorana gedəcək
Şimali Koreya lideri Kim Çen İn Vladivostokda babası Kim İr Senin açdığı “Moranbon” restoranına baş çəkəcək
26 Aprel 2019 12:57 DünyaŞimali Koreya lideri Kim Çen İn Vladivostokda babası Kim İr Senin açdığı "Moranbon" restoranına baş çəkəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Primorye vilayətinin qubernatoru Oleq Kojemyako deyib.
"Bu gün qubernatorun adından verilən ziyafətdə iştirak etdi. 2002-ci ildə həmin restoranda onun atası da olmuşdu. Mən ona babası Kim İr Senin açdığı "Moranbon" restoranını da göstərdim. O dedi ki, növbəti səfərində həmin restorana mütləq baş çəkəcək", - qubernator bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31