Şri-Lanka polisinin baş inspektoru istefa verdi
Şri-Lanka polisinin baş inspektoru Pujitha Jayasundara vəzifəsindən ayrılıb.
26 Aprel 2019 12:28 DünyaŞri-Lanka polisinin baş inspektoru Pujitha Jayasundara vəzifəsindən ayrılıb.
Olaylar.az bildirir ki, Şri-Lanka prezidenti Maitripala Sirisena mətbuat konfransında polis müfəttişinin istefa verdiyini söyləyib.
Qeyd edək ki, ötən gün Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando da istefa verib.
Xatırladaq ki, Şri-Lankada aprelin 21-də silsilə partlayışlar törədilib. Terror aktı nəticəsində 250 nəfər həlak olub, 500 nəfər yaralanıb. 8-ci partlayışdan sonra isə ölkədə küçəyə çıxmaq qadağan edilib.
Paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31