Baba nəvəsini sobaya atıb, yandırdı
Sərxoş baba nəvəsini yanan sobaya atıb.
26 Aprel 2019 11:41 DünyaSərxoş baba nəvəsini yanan sobaya atıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı life.ru yayıb.
Rusiyanın Omsk vilayətində yaşayan 53 yaşlı kişi nəvəsini qəsdən öldürmək istəyib. Belə ki, nəvəsinin içində şeytan gördüyünü iddia edən kişi körpəni sobaya atıb.
Uşağın nənəsi və qonşular köməyə çataraq uşağı sobadan çıxara biliblər. Onun bədəninin 50 faizindən çoxu yanıb.
Körpənin yatırıldığı xəstəxananın baş həkimi jurnalistlərə açıqlama verərək uşağın vəziyyətinin ağır olduğunu söyləyib. O bildirib ki, uşaq süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki, hadisə baş verən zaman uşağın anası evdə olmayıb. O, övladını nənə-babasının yanına qoyaraq işə gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31